Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, üçüncü dövrənin və 19-cu turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Zirədə bu qəsəbənin eyniadlı təmsilçisi ilə “Araz-Naxçıvan” arasında baş tutacaq. Qış fasiləsi ərəfəsində iki ardıcıl məğlubiyyətlə üzləşməsinə baxmayaraq, 39 xalla 2-ci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi yeni ilə uğurlu start vermək arzusundadır. Amma Rəşad Sadıqovun çalışdırdığı “Zirə” də doğma meydanda qələbə qazanmağa çalışacaq. Çünki bu, hazırda 30 xalla dördüncü olan zirəlilərə müvəqqəti də olsa, üçüncü sıraya yüksəlmək şansı yaradacaq.
“Sumqayıt” isə “Səbail”i qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunda çempionatın aşkar autsayderi sürprizə imza atmağa çalışacaq. Cavid Hüseynovun gəlişindən sonra Premyer Liqada qələbə üzünə həsrət olan “dənizçilər” üçün Sumqayıtdan 1 xalla qayıtmaq da uğur sayılacaq. Vaqif Cavadovu baş məşqçi postunda saxlamağa qərar vermiş “Sumqayıt” isə bu oyuna 3 xal gözüylə baxır.
Premyer Liqa
3-cü dövrə, 19-cu tur
17 yanvar
“Qarabağ” – “Şamaxı” 3:2
Qollar: Nəriman Axundzadə, 4. Aleksey Kaşuk, 29. Cəlal Hüseynov, 72-öz qapısına. Belaydi Pusi, 14. Brahim Konate, 39.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 19:00.
18 yanvar
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu
18:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Neftçi Arena”.