Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında baş tutub.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanın baş hakimi Rauf Cabbarov olub.
Komandalar bu günə qədər milli çempionat çərçivəsində 5 dəfə qarşılaşmışdılar. Zirəlilər bu oyunlarda 1 qələbə qazandıqları halda, Naxçıvan təmsilçisi iki dəfə 3 xala sevinmişdi. Daha 2 görüş “sülh”lə yekunlaşmışdı. “Zirə” ev oyunlarında bu rəqibinə heç qol da vurmamışdı. “Araz-Naxçıvan” son iki görüşdə xal qazanmışdı.
Bu komandaların Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə yer alması oyuna olan marağı daha da artırırdı. “Araz-Naxçıvan” 24 xalla 3-cü, “Zirə” isə 20 xalla 4-cü sıradaydı. Bir sözlə, Rəşad Sadıqovun komandası bu gün doğma meydanda qalib gəlsə belə, turnir cədvəlində dəyişiklik olmayacaqdı. Naxçıvan təmsilçisinin mümkün qələbəsi isə Elmar Baxşıyevin kollektivinin “Turan Tovuz”u qabaqlayaraq ikinci pilləyə çıxmasına şərait yaradacaqdı.
Belə də olub. Naxçıvan təmsilçisi ikinci hissədə vurduğu yeganə qol sayəsində Zirədən vacib 3 xalla qayıdıb. Bu, sözügedən komandanı yarış cədvəlində ikinci pilləyə daşıyıb.
Premyer Liqa
3-cü turun oyunu
6 noyabr
“Zirə” – “Araz-Naxçıvan” 0:1
Qol: Ürfan Abbasov, 49.
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmməıdov, 21. Sezar Meza Kolli, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.


