Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Hər üç oyuna eyni saatda – 17:00-da start verilib. “Sumqayıt” “Turan Tovuz”u, “Zirə” “Sabah”ı, “Şamaxı” isə “Araz-Naxçıvan”ı qəbul edib. Görüşlərdən birində heç-heçə, digərlərində isə qonaqların qələbəsi qeydə alınıb. Belə ki, Zirədəki görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Şamaxı” və “Sumqayıt” isə doğma meydanda xalsız qalıblar.
Bu nəticələrdən sonra sona bir tur qalmış 58 xalla üçüncü pillədə yer almış “Araz-Naxçıvan” bürünc medalları və Avropa Konfrans Liqasına vəsiqəni təmin edib.
Premyer Liqanın 35-ci turuna mayın 18-də keçiriləcək son iki oyunla yekun vurulacaq.
Premyer Liqa
35-ci tur
17 may
“Sumqayıt” – “Turan Tovuz” 0:1
Qol: Emmanuel Hakman, 30.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 75. Nadir Orucov, 19. Roi Kehat, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 64. Kərəm Feyziyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Cəsurbek Cəloliddinov.
Məşqçi: Şahin Abdullayev.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə” – “Sabah” 1:1
Qollar: Georgi Papunaşvili, 26 – Pavol Şafranko, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
Zirə: 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 70. İssa Cibrilla, 18. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 53 Şahmar Aşurov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 92. Stas Pokatilov, 10. Namiq Ələsgərov (k), 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
“Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 44.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.
Şamaxı: 1. Rikardo Fernandes, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 20. Leroy Mikels (k), 30. Andrey Tırkovyanu, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 73. Elmar Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.


