Premyer Liqa: “Zirə”dən Masazırda vacib qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında “Sabah” “Zirə”ni qəbul edib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bu kollektivlər turnir cədvəlində qonşu pillələrdə qərarlaşmışdılar. “Sabah” bu oyundan öncə 40 xalla 3-cü, “Zirə” isə 39 xalla 4-cü sıradaydı. Mümkün qələbə “Zirə”ni 3-cü, “Sabah” isə 2-ci pilləyə daşıyacaqdı.

Sözügedən komandalar bu günə qədər çempionatda 22 matçda üz-üzə gəlmişdilər. “Sabah”ın hesabında 10, “Zirə”nin aktivində 6 qələbə vardı. Daha 6 görüş heç-heçə bitmişdi. Son 6 oyunda qol vuran komanda qalib gəlmişdi. “Sabah” son iki ev görüşündə qol vurmamışdı.

6 xallıq bu oyun “Zirə”nin qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisi tək qolla vacib 3 xal qazanıb və turnir cədvəlində “Sabah”ı qabaqlayaraq 3-cü sıraya yüksəlib.

Onu da xatırladaq ki, bu, “Zirə”nin cari mövsümdə “Sabah” üzərində 3-cü qələbəsidir. “Bayquşlar” isə yeni baş məşqçi Krunoslav Renduliçin rəhbərliyi altında ilk məğlubiyyətə üzüldülər.

Premyer Liqa
28-ci tur
30 mart

“Sabah” – “Zirə” 0:1
Qol: Ruan Renato, 24.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Bakı. “Masazır Arena”. 19:00.

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.