Premyer Liqa: “Zirə”dən “Sumqayıt”a cavabsız qol!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər. Sumqayıtda keçirilmiş açılış oyununu Kamal Umudlu idarə edib.

“Sumqayıt”la “Zirə” milli çempionatda 38-ci dəfə qarşılaşıblar. Əvvəlki 37 oyunda sumqayıtlılar 6, zirəlilər 20 qələbə qazanmışdılar, 11 görüşdə qalib müəyyənləşməmişdi. “Zirə” 17 oyun idi bu rəqibinə uduzmurdu. “Sumqayıt” son 8 ev matçında qol vurmamışdı.

Elə bu oyunda da ənənə davam edib. “Zirə” bu rəqibini səfərdə 3 cavabsız qolla məğlub edib. Bu nəticədən sonra “Zirə” hazırda 42 xalla 3-cü, “Sumqayıt” isə 22 xalla 7-ci sırada qərarlaşıb.

Premyer Liqa
23-cü tur
15 fevral

“Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Vaqif Cavadov.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.