Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.
İlk oyun günündə baş tutacaq “Sabah” – “Neftçi” matçını Rauf Cabbarov idarə edəcək. “Sumqayıt” – “Qəbələ” oyunu isə Vüqar Həsənliyə tapşırılıb.
“Səbail” – “Zirə” matçı Elçin Məsiyevə həvalə olunub. Lider “Qarabağ”ın “Keşlə” ilə səfər oyununu isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Azərbaycan Premyer Liqası
17-ci tur
27 fevral
“Sabah” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Masazır. “Bank Respublika Arena”, 17:00.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Sumqayıt. “Sumqayıt Arena”, 19:15.
28 fevral
“Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASCO Arena”, 17:00.
“Keşlə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”, 19:15.


