Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 34-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Kristal Pelas” – “Vest Hem” matçında meydan sahibləri qələbə qazanıblar. Üç qolluq “Brentford” – “Nottingem Forest” matçı da meydan sahiblərinin qələbəsiylə başa çatıb. “Brayton” isə “Vulverhempton”la ev oyununda 6 cavabsız qola sevinib.
34-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə Premyer Liqası
34-cü tur
29 aprel
Kristal Pelas – Vest Hem 4:3
Qol: Ayyu, 15. Zaha, 20. Şlupp, 30. Eze, 66-pen – Souçek, 9. M.Antonio, 36. Aqerd, 72.
Brentford – Nottingem Forest 2:1
Qol: Touni, 82. Dasilva, 90+4 – Danilo, 45+1.
Brayton – Vulverhempton 6:0
Qol: Undav, 6; 66. Qross, 13; 26. Uelbek, 39; 48.
30 aprel
17:00. Bornmut – Lids
17:00. Fulhem – Mançester Siti
17:00. Mançester Yunayted – Aston Villa
17:00. Nyukasl – Sauthempton
19:40. Liverpul – Tottenhem
1 may
23:00. Lester Siti – Everton
2 may
23:00. Arsenal – Çelsi


