Premyer Liqada 7-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyun cədvəli açıqlanıb. Arena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, növbəti turun oyunları 16 və 17 oktyabrda keçiriləcək.

İlk oyun günündə “Qəbələ” “Zirə”ylə, “Səbail” isə “Keşlə”ylə qarşılaşacaq. Sonuncu oyun günündə “Sumqayıt” ötən mövsümün çempionu olan “Neftçi”ni qəbul edəcək. Turun qapanış matçında isə lider “Qarabağ” səfərdə “Sabah”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
7-ci tur
16 oktyabr

Qəbələ – Zirə
Qəbələ şəhər stadionu, 16:00.

Səbail – Keşlə
Bakı. “ASCO Arena”, 18:00.

17 oktyabr

Sumqayıt – Neftçi
Sumqayıt şəhər stadionu, 16:30.

Sabah – Qarabağ
Masazır. “Bank Respublika Arena”, 18:45.