Premyer Liqada mart ayının ən yaxşıları

Futbol üzrə İngiltərə Premyer Liqasında mart ayının ən yaxşıları müəyyənləşib.

Arena.az xəbər verir ki, “Lester Siti”nin hücumçusu Keleçi İheanaço ötən ayın ən yaxşı futbolçusu seçilib.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. İheanaço 2019-cu ilin oktyabrından sonra “Lester Siti”nin Premyer Liqada ayın ən yaxşısı seçilən ilk futbolçudur. Sonuncu dəfə bu mükafatı bu komandadan Ceymi Vardi qazanmışdı.

İheanaço Premyer Liqada ötən ay 3 oyunda iştirak edib. Nigeriyalı hücumçu bu görüşlərdə 5 qola imza atıb. “Lester Siti” isə 29 oyuna topladığı 56 xalla 3-cü sırada qərarlaşıb.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən futbolçular:

Sentyabr: Dominik Kalvert-Levin (Everton)
Oktyabr: Son Hın-Min (Tottenhem)
Noyabr: Bruno Fernandes (Mançester Yunayted)
Dekabr: Bruno Fernandes (Mançester Yunayted)
Janvar: İlkay Gündoğan (Mançester Siti)
Fevral: İlkay Gündoğan (Mançester Siti)
Mart: Keleçi İheanaço (Lester Siti)

Ötən ayın ən yaxşı məşqçisi isə “Çelsi”ni çalışdıran Tomas Tuxel seçilib. London klubu martda bu mütəxəsssin rəhbərliyi altında 3 oyuna çıxıb. “Zadəganlar” bu görüşlərdə 2 qələbə, 1 heç-heçəyə imza atıblar. “Çelsi” 29 oyuna topladığı 51 xalla turnir cədvəlində 4-cü pillədədir.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən baş məşqçilər:

Sentyabr: Karlo Ançelotti (Everton)
Oktyabr: Nuno Espirito Santo (Vulverhempton)
Noyabr: Joze Mourinyo (Tottenhem)
Dekabr: Din Smit (Aston Villa)
Yanvar: Xosep Qvardiola (Mançester Siti)
Fevral: Xosep Qvardiola (Mançester Siti)
Mart: Tomas Tuxel (Çelsi)

Mart ayının ən yaxşıları

Xəbəri sosial şəbəkələrdə paylaş: