Premyer Liqada may ayının ən yaxşıları

Futbol üzrə İngiltərə Premyer Liqasında may ayının ən yaxşıları müəyyənləşib.

Arena.az xəbər verir ki, “Nyukasl”ın yarımmüdafiəçisi Co Uillok ötən ayın ən yaxşı futbolçusu seçilib.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Co Uillok “Nyukasl”ın mövsüm ərzində Premyer Liqada ayın ən yaxşısı seçilən ilk futbolçusudur.

21 yaşlı futbolçu may ayında iştirak etdiyi 5 oyunda 4 qola imza atıb. Co Uillokun komandası isə 38 oyuna topladığı 45 xalla mövsümü 12-ci pillədə başa vurub.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən futbolçular:

Sentyabr: Dominik Kalvert-Levin (Everton)
Oktyabr: Son Hın-Min (Tottenhem)
Noyabr: Bruno Fernandes (Mançester Yunayted)
Dekabr: Bruno Fernandes (Mançester Yunayted)
Yanvar: İlkay Gündoğan (Mançester Siti)
Fevral: İlkay Gündoğan (Mançester Siti)
Mart: Keleçi İheanaço (Lester Siti)
Aprel: Cessi Linqard (Vest Hem)
May: Co Uillok (Nyukasl)

Mayın ən yaxşı məşqçisi isə “Liverpul”un çalışdıran Yurgen Klopp seçilib. Sözügedən komanda mayda bu mütəxəsssin rəhbərliyi altında 5 oyuna çıxıb. “Liverpul” bu görüşlərin hamısında qələbə qazanmaqla son anda UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. Əvvəlki mövsümün qalibi olmuş bu komanda, 2020/21 mövsümünü 38 oyuna topladığı 69 xalla 3-cü pillədə başa vurub.

Premyer Liqada bu mövsüm ayın ən yaxşısı seçilən baş məşqçilər:

Sentyabr: Karlo Ançelotti (Everton)
Oktyabr: Nuno Espirito Santo (Vulverhempton)
Noyabr: Joze Mourinyo (Tottenhem)
Dekabr: Din Smit (Aston Villa)
Yanvar: Xosep Qvardiola (Mançester Siti)
Fevral: Xosep Qvardiola (Mançester Siti)
Mart: Tomas Tuxel (Çelsi)
Aprel: Stiv Bryus (Nyukasl)
May: Yurgen Klopp (Liverpul)

May ayının ən yaxşıları