Futbol üzrə Azərbaycan Premyer Liqasının və Birinci Divizionun növbəti turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, buna Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi səbəb olub. Bu üzdən Premyer Liqa və Birinci Divizionun müvafiq olaraq 25-ci və 24-cü turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.


