PSJ azarkeşlərinin Marselə səfəri qadağan edildi

Fransa Daxili İşlər Nazirliyi Marsel “Olimpik”i ilə “klassik” oyunu zamanı PSJ azarkeşlərinin Marselə səfərini qadağan edən fərman verib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, “Olimpik” – PSJ oyunu Fransa Liqa 1-in 9-cu turu çərçivəsində oktyabrın 27-də turun mərkəzi görüşlərindən biri qismində baş tutacaq.

Oktyabrın 17-də hökumət orqanları Daxili İşlər Nazirliyinin əmri ilə PSJ azarkeşlərinin Marselə daxil olmasına qadağa qoyulduğunu rəsmən təsdiqləyib. Sənədə əsasən, Paris klubunun azarkeşləri oktyabrın 27-də Marselə gedə bilməyəcəklər.

Xatırladaq ki, PSJ 7 oyundan sonra 17 xalla Liqa 1-in yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Marsel “Olimpik”i isə 14 xalla 3-cü yerdədir. Liqa 1-in yarış cədvəlinə 19 xalla “Monako” başçılıq edir.