PSJ “Barselona”yla oyundan öncə daha bir itki ilə üzləşdi

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Barselona” ilə oyundan öncə daha bir ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti də bu oyunu buraxa bilər.

Buna futbolçunun zədəli olması səbəb göstərilir. Əzələsində narahatlıq hiss edən futbolçunun katalonlarla oyuna qədər sağalıb-sağalmayacağı bilinmir.

Daha əvvəl PSJ-nin digər futbolçusu Neymarın da zədələndiyi və təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, “Barselona” – PSJ oyunu fevralın 17-də keçiriləcək.