Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024-cü il mövsümünün 1/8 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Lion “Olimpik”i doğma meydanda “Lill”i, “Le Pyui” “Laval”ı, “Strasburq” “Havr”ı, PSJ də “Brest”i məğlub etməklə 1/4 finala vəsiqə qazanıb.
“Monpelye”nin qonağı olan “Nitsa”, eləcə də səfərdə “Sen Priest”lə üz-üzə gələn “Valansyen” də mərhələ adlayan tərəf olublar.
Daha öncə “Renn” də 1/4 finala çıxmışdı. Fransa Kubokunda 1/8 final mərhələsinə sabah keçiriləcək “Ruan” – “Monako” oyunu ilə yekun vurulacaq.
Fransa Kuboku
1/8 final
6 fevral
Soşo – Renn 1:6
Qollar: Viltar, 65-pen – Quiri, 24; 47. Salah, 29. Kalimuendo, 35; 41. Buriqe, 81.
7 fevral
Olimpik (Lion) – Lill 2:1
Qollar: Orban, 40. Çerki, 47 – Aleksandro, 53.
Le Pyui – Laval 2:1
Qollar: Meyer, 25; 90+4-pen – Tçokunte, 85.
Monpelye – Nitsa 1:4
Qollar: Sanyan, 85 – Ndayişimiye, 29. Luçe, 37. Ço, 39. Klod-Mauris, 62.
Sen Priest – Valansyen 1:2
Qollar: Benhmida, 40-pen – Yunq, 31. Dukure, 80.
Strasburq – Havr 3:1
Qollar: Bakva, 21. Emeqa, 36. Senaya, 90 – Ayyu, 30.
PSJ – Brest 3:1
Qollar: Mbappe, 34. D.Pereyra, 37. Q.Ramos, 90+2 – Munye, 65.
8 fevral
23:45. Ruan – Monako


