PSJ də Fransa Kubokunda finala yüksəldi – Video

Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub və sonuncu finalçı müəyyənləşib.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu Liqa 1-in lideri PSJ ilə “Renn” arasında baş tutub.

Matç Paris təmsilçisinin qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində yeganə qolu komandanın lideri Kilian Mbappe vurub. Amma o, buna qədər penaltini boşa verib.

Xatırladaq ki, Fransa Kubokunda final qarşılaşması mayın 25-də keçiriləcək. PSJ həmin gün Lion “Olimpik”i ilə üz-üzə gələcək. Lionlular bir gün öncə “Valansyen”i 3 cavabsız qolla məğlub etmişdilər.

Fransa Kuboku
Yarımfinal
2 aprel

Olimpik (Lion) – Valansyen 3:0
Qollar: Lakazette, 51-pen; 57. Orban, 75.

3 aprel

PSJ – Renn 1:0
Qol: Mbappe, 40.