PSJ-dən Lionel Messi üçün 100 milyonluq yeni təklif

Fransanın PSJ klubu heyətində saxlamağa çalışdığı argentinalı ulduz hücumçusu Lionel Messi üçün yeni təklif hazırlayıb.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo “Twitter” hesabında məlumat paylaşıb.

Xəbərdə bildirilir ki, Paris klubu bunun üçün ciddi tədbirlər görür və futbolçuya konkret təkliflə müraciət etməyə hazırdır. PSJ Messini heyətində saxlamaq üçün tezliklə qəti addım atacaq.

Mənbədən verilmiş məlumata görə, parislilər ulduz futbolçuya “1+1” sxemi üzrə əməkhaqqı məbləği 100 milyon avro olan yeni müqavilə təklif etməyə hazırdırlar. PSJ-nin Qətərdən olan rəhbərliyi Messinin Səudiyyə Ərəbistanına yollanmasına yol vermək niyyətində deyil. Həmçinin vurğulanır ki, Messinin “Barselona”ya da qayıdışı mümkünsüzdür.

35 yaşlı Messinin müqaviləsi cari mövsümün sonunda başa çatır. Bu mövsümdə argentinalı ulduz PSJ-nin heyətində 39 oyuna çıxaraq 20 qol vurub və bir o qədər də məhsuldar ötürmə edib. Messi PSJ ilə Fransa çempionluğunu qazanıb. Onun bu klubla müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ilin yayından Fransa nəhəngi PSJ-də forma geyinən təcrübəli oyunçu Paris təmsilçisində də 73 matçda 31 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.