PSJ darmadağınla qalib gəldi

Futbol üzrə Fransa çempionatında 27-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha iki görüş baş tutub.

“Bordo” doğma meydanda “Mets”lə qarşıllaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

PSJ bu turda “Dijon”un qonağı olub. Paris təmsilçisi bu oyunda darmadağına sevinib.

Fransa Liqa 1
27-ci tur
26 fevral

Renn – Nitsa 1:2
Qol: Terrye, 39 – Quiri, 19-pen. Daniliu, 58.

27 fevral

Bordo – Mets 1:2
Qol: Kalu, 14 – Dileyni, 72. Vaqner, 90+1.

Dijon – PSJ 0:4
Qol: Kin, 6. Mbappe, 32-pen; 51. Danilo, 82.

28 fevral

16:00. Monako – Brest
18:00. Anje – Lans
18:00. Loryan – Sent-Etyen
18:00. Nim – Nant
18:00. Reyms – Monpelye
20:00. Lill – Strasburq
00:00. Olimpik (Marsel) – Olimpik (Lion)