PSJ doğma stadionu “Park de Prens”i tərk etmək niyyətindədir

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi bildirib ki, Fransa nəhəngi komandanın doğma stadionu “Park de Prens”i tərk etmək niyyətindədir.

Arena.az bu barədə jurnalist Adrien Qraynerə istinadən məlumat verir:

“Hazırda stadionun satılmadığını söyləmək çox asandır. Nə istədiyimizi bilirik, bu stadionu almaq üçün illər sərf etdik. İndi hər şey bitdi, biz “Park de Prens”dən köçmək istəyirik”, deyə Əl-Xelaifi bildirib.

Xatırladaq ki, PSJ bundan əvvəl Fransa yığmasının doğma meydanı olan “Stad de Frans”ı almaq üçün müraciət etsə də, nəticədə bu fikri həyata keçirməyib. 1998-ci ilə qədər “Park de Prens” “xoruzlar”ın evi olub. 1998-ci il Dünya Kuboku üçün Paris ətrafındakı Sen-Denidə “Stad de Frans”ın inşasından sonra Fransa yığması ev oyunlarını məhz bu yeni stadionda keçirir.