PSJ Kilian Mbappeni “Real”a satmaq istəmir

Fransa nəhəngi PSJ transferə çıxardığı ulduz hücumçusu Kilian Mbappeni İspaniyanın “Real” klubuna satmaq istəmir.

Arena.az məsələni şəxsən diqqətində saxlayan jurnalist-insayder Manu Karrenyoya istinadən xəbər verir ki, Paris klubu həqiqətən Mbappeni satmaq niyyətindədir.

Ancaq klub rəhbərliyi hücumçunun heç bir halda məhz “Real”a keçməsini istəmir.

Xatırladaq ki, ötən il də Mbappe “Real”a keçməyə çox yaxın olsa da, son anda PSJ ilə yeni müqavilə imzalamağa qərar vermişdi.

Hazırda Mbappenin adı ətrafında qalmaqal davam edir. Futbolçu kluba rəsmi məktub ünvanlayaraq cari müqaviləsini yeniləməmək istəyini bildirib. Mətbuatın sızmış məlumatı ictimailəşdirməsi PSJ rəhbərliyinin qəzəbinə səəb olub. Klubun Mbappeni transferə qoyması haqda məlumat yayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: