PSJ-nin baş məşqçisi Kristof Qaltye komandasının argentinalı ulduz hücumçusu Lionel Messinin komandadan ayrılacağını açıqlamayıb.
Arena.az xəbər verir ki, Paris klubu baş məşqçisinin fikirləri ilə bağlı “Frans-Press” agentliyinə rəsmi açıqlama verib.
Açıqlamada bildirilir ki, Qaltye sadəcə olaraq fikirlərini düzgün ifadə etməyib:
“Kristof Qaltye sözünü tam düzgün ifadə edə bilməyib. Sizi əmin etmək istəyirik ki, o, “Klermon”la oyunun Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub”.
Xatırladaq ki, bir qədər əvvəl Qaltye “sabah Messi “Park de Prens”də son oyununu keçirəcək”, deyə futbol ictimaiyyətini karıxdırmışdı.
35 yaşlı Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Bundan sonra argentinalı futbolçunun azad agentə çevrilmə ehtimalı var. Mətbuatda yayılan xəbərlərə görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal”ı, İspaniyanın “Barselona”sı və ABŞ “İnter Mayami”si ulduz hücumçu ilə maraqlanırlar. Lakin PSJ yenə də Messini heyətində saxlamağa çalışır.