PSJ Liqa 1-in antirekordunu müəyyənləşdirdi


Fransa Liqa 1-in 14-cü turunun “Oser”lə səfər oyunu (0:0) Fransa nəhəngi PSJ üçün xoşagəlməz antirekordla əlamətdar olub.

Arena.az məlumat verir ki, ispan mütəxəssis Luis Enrikenin çalışdırdığı kollektiv oyun ərzində rəqib qapısına 11 zərbə endirsə də, qapı torunu silkələyə bilməyib.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, müvafiq nəticə Fransa Liqa 1-in mütləq antirekordudur.

Fransa Liqa 1-də statistik məlumatların toplanılmasına başlanıldığı 2006/2007-ci illər mövsümündən bəri, rəqib qapısına bu qədər çox zərbə endirmiş heç bir komanda, hələ, qolsuz qalmamışdı.

Xal itkisinə rəğmən, PSJ Liqa 1-in yarış cədvəlində 14 oyundan 34 xalla zirvədəki yerini qoruyur. “Oser” isə 20 xalla 8-ci pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: