PSJ Liqa 1 tarixində özünün ən gec qolunu vurdu

Fransa Liqa 1-in 23-cü turu çərçivəsində “Renn”ə qarşı ev oyunu (1:1) Fransa nəhəngi PSJ üçün əlamətdar rekordla tarixə köçüb.

Arena.az məlumat verir ki, bu oyunda parislilər əsas vaxta əlavə edilmiş təzminat vaxtında (90+7) penaltidən qol vuraraq, məğlubiyyətdən qurtulublar.

Bu qol Liqa 1-də statistiki məlumatların toplanmasına başlanıldığı 2006/2007 mövsümündən bəri parislilərin vurduğu ən gec qol kimi tarixə düşüb. Qolun qeydə alındığı vaxt stadionun tablosunda oyunun 96-cı dəqiqəsinin 12-ci saniyəsi əks edilib.

23 turdan sonra PSJ 54 xalla Liqa 1-in turnir cədvəlinin vahid lideridir. “Renn” isə 35 xalla 7-ci pillədə qərarlaşıb.