PSJ məğlub oldu, “Lill” “Monako” ilə “sülh bağladı”

Futbol üzrə Fransa çempionatında 29-cu tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Lider “Lill”in bu turdakı rəqibi “Monako” olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Son çempion PSJ isə doğma meydanda “Nant”ı sınağa çəkib. Paris təmsilçisi hesabı açdığı qarşılaşmada məğlubiyyətə üzülüb.

“Nim” – “Monpelye”, “Lans” – “Mets” və “Loryan” – “Nitsa” matçlarında qalib müəyyənləşməyib. “Dijon” evdə “Bordo”ya uduzub. “Renn” isə “Strasburq”u minimal hesabla üstələyib.

Fransa Liqa 1
29-cu tur
12 mart

Reyms – Olimpik (Lion) 1:1
Qol: Kafaro, 33 – Kadevere, 90+2.

13 mart

Anje – Sent-Etyen 0:1
Qol: Xazri, 52.

Olimpik (Marsel) – Brest 3:1
Qol: Milik, 45+1. Toven, 88. Kyuizans, 90+2 – Brasye, 71.

14 mart

Nim – Monpelye 1:1
Qol: Kone, 63 – Delor, 79.

Dijon – Bordo 1:3
Qol: Konate, 90 – Huanq, 33; 45. De Preville, 60.

Lans – Mets 2:2
Qol: Kloss, 13. Kayuzak, 36 – Vaqner, 27-pen. Delen, 57.

Loryan – Nitsa 1:1
Qol: Vissa, 66 – Maolida, 58.

Renn – Strasburq 1:0
Qol: Burijo, 25.

Monako – Lill 0:0

PSJ – Nant 1:2
Qol: Draksler, 42 – Kolo, 59. Simon, 71.

Xəbəri sosial şəbəkələrdə paylaş: