PSJ məğlub oldu, “Lill” vahid lider oldu

Futbol üzrə Fransa çempionatında 22-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.

Lider PSJ bu tur çərçivəsində səfərdə “Loryan”ın qonağı olub və məğlubiyyətə üzülüb. 4-cü sırada qərarlaşan “Monako” “Nant” ilə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.

Çempionluq uğrunda mübarizə aparan “Lill” komandası bu turda “Dijon”u minimal hesabla məğlub edərək vahid liderliyi ələ keçirib.

Fransa Liqa 1
22-ci tur
29 yanvar

Olimpik (Lion) – Bordo 2:1
Qol: Ekambi, 32. Dubois, 90+2 – Kalu, 55.

30 yanvar

Monpelye – Lans 1:2
Qol: Vahi, 78 – Dukure, 7. Kakuta, 67.

Olimpik (Marsel) – Renn matçı təxirə salınıb

31 yanvar

Nitsa – Sent-Etyen 0:1
Qol: Abi, 88.

Anje – Nim 3:1
Qol: Kapelle, 20. Kulibali, 35. Dioni, 55 – Ripar, 41-pen.

Brest – Mets 2:4
Qol: Honorat, 33. Kardona, 47 – Bulaya, 36. Sarr, 73. Yade, 81. Vaqner, 87-pen.

Loryan – PSJ 3:2
Qol: Abergel, 36. Vissa, 80. Moffi, 90+1 – Neymar, 45-pen; 58-pen.

Strasburq – Reyms 0:1
Qol: Kutesa, 80.

Lill – Dijon 1:0
Qol: Y.Yazıçı, 29.

Nant – Monako 1:2
Qol: Emond, 83 – Maripan, 45. Folland, 60.