PSJ məğlubiyyətdən son anda qurtuldu

Futbol üzrə Fransa çempionatında 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında Marsel “Olimpik”i doğma meydanda “Brest”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Son çempion “Lill” bu dəfə “Trua” ilə üz-üzə gəlib. Bu oyunda da üç qol qeydə alınıb. Lakin qələbəni meydan sahibləri bayram ediblər.

Lider PSJ isə “Lans”la qarşılaşıb. Paris təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub.

“Monako”nun bu turdakı rəqibi autsayder “Mets” olacaq. Tura “Bordo” – “Olimpik” (Lion) matçıyla yekun vurulacaq.

Fransa Liqa 1
17-ci tur
4 dekabr

Olimpik (Marsel) – Brest 1:2
Qol: Jerson, 29 – Fevr, 53-pen. Honorat, 70.

Lill – Trua 2:1
Qol: David, 48. Jirodon, 85-öz qapısına – Dinyom, 6.

Lans – PSJ 1:1
Qol: Fofana, 62 – Veynaldum, 90+2.

5 dekabr

16:00. Sent-Etyen – Renn
18:00. Loryan – Nant
18:00. Monako – Mets
18:00. Monpelye – Klermon
18:00. Reyms – Anje
20:00. Nitsa – Strasburq
23:45. Bordo – Olimpik (Lion)