PSJ Mbappeyə borcunu ödəməsə, transfer qadağası ilə üzləşə bilər

PSJ keçmiş futbolçusu, hazırda “Real”da çıxış edən fransalı ulduz hücumçu Kilian Mbappeyə olan borcunu ödəməsə, transfer qadağası ala bilər.

Arena.az bu barədə nüfuzlu “Ekip” fransız nəşrinə istinadən məlumat verir.

Xatırldaq ki, söhbət 55 milyon avro məbləğində borcdan gedir.

Mənbənin məlumatına görə, Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin Mbappeyə göstərilmiş məbləği ödəməli olduğuna dair qərar çıxarsa da, Paris klub bunu etmək niyyətində deyil və işi məhkəməyə çıxarmaq istəyir.

Fransa Peşəkar Futbol Liqası PSJ-ni bu ödəməyə məcbur edə bilməz, buna rəğmən, qurumun Fransa nəhənginə cərimə tətbiq etmək hüququ var.

Vurğulanır ki, müvafiq cərimələrdən biri transfer qadağası ola bilər.

Xatırladaq ki, Mbappe 2018-ci ildən çıxış etdiyi PSJ-dən cari ilin yayında azad agent qismində ayrılaraq, Avropa nəhəngi “Real”a qoşulub.