Paris nəhəngi PSJ ulduz hücumçusu Kilian Mbappedən iki-üç həftə ərzində klubdakı gələcəyi ilə bağlı yekun cavab almaq niyyətindərir.
Arena.az bu barədə jurnalist-insayder Dani Xilə istinadən xəbər verir.
Klub sahibləri Mbappenin dəqiq mövqeyini, müqavilənin uzadılmasına razı olub-olmadığını bilmək istəyirlər. Əks halda fransız ulduz bu yay satılacaq.
Mənbənin məlumatına görə, Qətər əmirinə yaxın adamlar Mbappenin ətrafına başqa variantın olmadığını növbəti dəfə başa düşməyə imkan yaradıblar.
Xatırladaq ki, daha əvvəl Mbappenin 250 milyon avro müqabilində “Real”a keçə biləcəyi haqda məlumat yayılmışdı. PSJ hücumçu ilə bağlı iki variantı nəzərdən əsas tutur: ya müqavilənin uzadılması, ya da satış.
Maraq üçün vurğulayaq ki, Paris klubunun gələcək baş məşqçisi ehtimal edilən Luis Enrike də Mbappenin gedişinə etiraz etmir.


