PSJ-ni Kilian Mbappeyə olan borcunu ödəməyə mükəlləf etdilər

Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-ni parislilərin sabiq hücumçusu Kilian Mbappeyə olan borcunu ödəməyə mükəlləf edib.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Fransa nəhənginin parislillərin keçmiş fransalı ulduz hücumçusuna 55 milyon avro məbləğində borcu var.

Mənbənin məlumatına görə, PSJ bu borcunu Mbappeyə 8 il ərzində mərhələli surətdə ödəməlidir.

Daha əvvəl Mbappe PSJ-dən, ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və əlavə üstəliklərinin ödənilməsini tələb etmişdi. Sentyabrın 11-də Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsi tərəfləri bu borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, Mbappe bundan imtina etmişdi.

Xatırladaq ki, Mbappe 2018-ci ildən çıxış etdiyi PSJ-dən cari ilin yayında azad agent qismində ayrılaraq, Avropa nəhəngi “Real”a qoşulub.