Fransa çempionu PSJ-nin sabiq yarımmüdafiəçisi Tyaqo Motta Paris təmsilçisinin yeni baş məşqçisi ola bilər.
Arena.az bu barədə “Football Italia”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Bolonya”nın baş məşqçisi Tyaqo Motta Kristof Qaltyeni əvəzləməyə əsas namizəddir. Yaxın vaxtlarda tərəflər mümkün əməkdaşlıq şərtlərini müzakirə edəcəklər.
Vurğulanır ki, alman mütəxəssis Yulian Nagelsman PSJ-nin yeni baş məşqçisi olmayacaq.
Futbolçu karyerasına 2018-ci ildə xitam vermiş Tyaqo Motta PSJ-nin gənclərdən ibarət komandasında, həmçinin “Cenoa”, “Spetsiya” və “Bolonya”da çalışıb.
Kristof Qaltye isə PSJ-ni 2022-ci ilin iyulundan çalışdırır. Qaltyenin rəhbərliyi altında parislilər Fransa çempionluğunu və ölkə super kubokunu qazanıblar. Daha əvvəl PSJ rəhbərliyinin Qaltye ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləni ləğv etməyi düşündüyü bildirilirdi.