PSJ-nin Kilian Mbappeyə borcu məsələsi üzrə ilk tədbir görüldü

Fransa Peşəkar Futbol Liqasının (LFP) Şikayətlər Komitəsi “Real”ın fransalı ulduzu Kilian Mbappe ilə PSJ arasında vasitəçik tövsiyə edib.

Arena.az bu barədə jurnalist Ben Yakobsa istinadən məlumat verir.

Söhbət Fransa nəhənginin Kilian Mbappeyə ödənilməmiş 55 milyon avro məbləğində borc məsələsini çözmək üçün tədbirdən – irəli sürülmüş ilk təklifdən gedir.

Mənbənin məlumatına görə, Kilian Mbappe şifahi şəkildə borcundan imtina etməyə razılıq versə də, vəsaiti almaqda israrlıdır.

Vurğulanır ki, PSJ komitədə bu gün iki saat davam etmiş dinləmənin nəticəsindən çox razıdır. Paris klubu xatırladıb ki, Mbappe Parisdə keçirdiyi yeddi il ərzində klub ona görünməmiş faydalar verdiyi üçün hörmət edilməli olan çoxsaylı ictimai və özəl öhdəliklər götürdüyünü açıq şəkildə bildirib. Nəticədə komitə Fransa nəhənginin uzun müddətdir axtardığı, tərəflər arasında vasitəçiliyə təkid edib.

İndi, hadisələrin sonrakı inkişafı gözlənilir.