PSJ qapıçısını icarədən qaytardı, icarəyə göndərdi

Fransa çempionu PSJ-nin qapıçısı Marçin Bulka mövsümün əvvəlində icarəyə verildiyi İspaniyanın “Kartaxena” klubundan geri çağırılıb.

Arena.az xəbər verir ki, Paris təmsilçisi polşalı qolkiperi yenidən icarəyə göndərib.

Bulka bundan sonra Fransanın “Şatoru” komandasında forma geyinəcək. PSJ qapıçısını Liqa 2 təmsilçisinə mövsümün sonuna kimi icarəyə verib.

Qeyd edək ki, Bulka PSJ-yə 2019-cu ildə “Çelsi”dən transfer olunub.