PSJ “Roma”nın qapıçısını heyətinə qatdı

PSJ 19 yaşlı braziliyaəsilli italiyalı qapıçı Renato Marini “Roma”dan azad agent qismində parislilərin heyətinə qatıb.

Arena.az bu barədə PSJ-nin rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Renato Marin futbola “San-Paulu”da qədəm qoyub. Buradan “Roma”ya yol tapmış qapıçı “canavarlar”ın əsas heyətində debüt imkanı qazanmayıb. Marin “Roma”nın U-17, U-18 və U-19 komandaları üçün çıxış edib.

Renato Marin İtaliyanın U-19 yığmasına cəlb edilib, 13 oyun keçirib, 10 qol “yeyib”, 5 oyundan “quru” qurtulub.

Marin “Roma”nın U-17 komandası ilə İtaliya çempionu olub, U-19 komandası ilə İtaliya Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyaəsilli italiyalı qapıçının transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: