PSJ səfərdə xal itirdi

Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

“Brest” doğma meydanda “Nitsa”ya, “Mets” isə “Strasburq”a məğlub olub.

“Klermon” – “Reyms” və “Nant” – “Monako” matçlarında qapılara qol vurulmayıb.

PSJ isə bu turda Lion “Olimpik”inin qonağı olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen”, “Lill” – “Loryan” və “Monpelye” – “Trua” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

Fransa Liqa 1
20-ci tur
7 yanvar

Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.Ündər, 37.

8 yanvar

Lans – Renn 1:0
Qol: Said, 89.

9 yanvar

Brest – Nitsa 0:3
Qol: Dolberq, 13. Delor, 79. Quiri, 90+3.

Klermon – Reyms 0:0

Mets – Strasburq 0:2
Qol: Ayorke, 50. Aholu, 90+1.

Nant – Monako 0:0

Olimpik (Lion) – PSJ 1:1
Qol: Paketa, 7 – Kehrer, 76.