Futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün 1/16 final mərhələsinin “Paris”lə oyunu PSJ üçün antirekordlarla yadda qalıb.
Arena.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.
Hazırkı ölkə çempionu tarixində ilk dəfə paytaxt derbisində uduzub.
Komandalar daha əvvəl üç dəfə üz-üzə gəliblər. PSJ Liqa 1-in 17-ci turunda rəqibini 2:1 hesabı ilə üstələyib. Digər iki görüş isə 1978/1979-cu illər mövsümündə baş tutub. Həmin qarşılaşmalar heç-heçə başa çatıb – 1:1, 2:2.
Bundan əlavə, Luis Enrike PSJ-də ilk dəfə baş məşqçi kimi Fransa Kubokunu qazana bilməyib.
Xatırladaq ki, paytaxt klubu “Paris”ə 0:1 hesabı ilə uduzub və 1/8 finala vəsiqə qazana bilməyib.
Luis Enrikenin komandası kubokdan fərqli olaraq, Liqa 1-də yenə çempionluğa əsas namizədlərdən biridir. Paris təmsilçisi 17 oyuna topladığı 39 xalla yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Lans”dan cəmi 1 xal geri qalır.


