Fransa çempionu PSJ “Visit Rwanda” şirkəti ilə uğurlu əməkdaşlığını rəhbər tutaraq, müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.
Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“PSJ və “Visit Rwanda” şirkəti 2019-cu ildə başlamış öz əməkdaşlıqlarının müddətini 2028-ci ilə qədər uzadıblar. Genişləndirilmiş əməkdaşlıq Ruandanın dünyəvi varlığını və onun rolunu həm gənclərin inkişaf mərkəzi olaraq, həm də yaradıcı və iqtisadi imkanlar baxımından gücləndirir”.
28 oyundan 74 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu cari mövsümün çempionluğunu erkən surətdə təmin edib.