“Qəbələ” Əyyub Allaşın transferini rəsmən açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” klubu nəhayət ki, sükutu pozaraq heyətinə yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirib.

Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1.5 illik müqavilə imzalanıb. Bu barədə “Qəbələ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.

Əyyub Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.