Futbol üzrə Azərbaycan Birinci Liqasında 8-ci tura hazırlığını davam etdirən “Qəbələ” komandası bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəliblər.
Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda baş tutub. Görüş Kaxaber Sxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə 9 qol vuran meydan sahibləri fasilədən sonra hesabı 20:0-a çatdırıblar.
Birinci Liqa təmsilçisinin heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nuqay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, noyabrın 21-də daha bir yoxlama oyunu keçirəcək “Qəbələ” “Zaqatala” ilə üz-üzə gələcək. Eyni məkanda baş tutacaq bu matç saat 15:00-da start veriləcək.




