“Qəbələ” 2022/23 mövsümü üçün formalarını təqdim etdi – FOTO

“Qəbələ” 2022/23 mövsümü üçün yeni formalarını təqdim edib. Arena.az xəbər verir ki, əyalət klubu yeni formalarını sosial media hesablarında nümayiş etdirib.

Geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb. Əyalət təmsilçisi adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edəcək.

Qeyd edək ki, “Qəbələ” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. “Qırmızı-qaralar” bu turnirin 2-ci təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq. İlk görüş iyulun 21-də Qəbələdə, cavab matçı isə 1 həftə sonra Macarıstanda baş tutacaq.

Qəbələnin eyniadlı təmsilçisi geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasını 8 iştirakçı arasında 4-cü pillədə başa vurub.