“Qəbələ” Antalyada 3 yoxlama oyunu keçiriləcək

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıdakı toplanışı yanvarın 15-də başa vurduqdan sonra Türkiyənin Antalya şəhərinə yollanacaq.

Əyalət təmsilçisi ayın 25-dək qonşu ölkədə hazırlıq keçəcək. Bu müddətdə komanda üç sınaq matçına çıxacaq. Hər üç qarşılaşma qonşu ölkədə təşkil olunacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk sınağına yanvarın 18-də çıxacaq. Rəqib Polşa təmsilçisi “Zaqlembe” olacaq. Üç gün sonra – ayın 21-də “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. Antalya toplanışında son yoxlama görüşü ayın 24-də baş tutacaq. Həmin gün komanda Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.