“Qəbələ” də Azərbaycan Kubokunda yarımfinala çıxdı

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk matçı Qəbələdə baş tutub.

Burada “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib. Bu komandaların Bakıda keçirilmiş ilk oyununda qalib müəyyənləşməmişdi. Bu üzdən bütün suallara Qəbələdəki cavab görüşündə aydınlıq gəlib. Rəqibini elə ilk hissədə vurduğu 2 cavabsız qolla məğlub edən “Qəbələ” adını növbəti mərhələyə yazdırıb.

Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Qarabağ” və “Zirə” komandaları da yarımfinala vəsiqəni təmin etmişdilər. Son oyun isə “Neftçi” ilə “Sumqayıt” arasında keçiriləcək. Bu gün saat 19:00-da start götürəcək bu oyunu Kamal Umudlu idarə edəcək. İlk oyunda “Neftçi” 3:2 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 39. Ürfan Abbasov, 41.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri (k), 4. İgor Ribeyro.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Baş məşqçi: Azər Bağırov.