“Qəbələ” “Fehervar”la oyunlar üçün 26 futbolçu sifariş etdi

“Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi üçün heyətini müəyyənləşdirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. Siyahıda ümumilikdə 26 futbolçu yer alıb. Baş məşqçi Elmar Baxşıyevin sərəncamında 4 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu var.

Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Azərbaycan təmsilçisi ilk matçı səfərdə keçirəcək.

Qapıçılar: 1. Səlahət Ağayev, 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 22. Həsən Həsənli;

Müdafiəçilər: 2. İlkin Qırtımov, 4. Ruan Renato, 12. Rüfət Əhmədov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Ürfan Abbasov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev;

Yarımmüdafiəçilər: 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 88. Gülağa Əsədov:

Hücumçular: 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 23. Rafael Utziq, 77. Emil Səfərov, 97. Felipe Santos.