2024/2025-ci illər mövsümünə hazırlığını davam etdirən “Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşıblar.
Görüşdə hesabı Azərbaycan komandası açıb. Baxışda olan seneqallı Loren Mendi Asiya təmsilçisinin qapısına yol tapıb. Küveyt klubu fasiləyə qədər hesaba tarazlıq gətirib.
İkinci hissədə meydan sahibləri yenidən fərqləniblər. Baxışda olan braziliyalı Luizinyo Qedeş rəqibi məyus edib. Qonaq komanda bu topun da əvəzini çıxa bilib – 2:2. Beləliklə, Qəbələ şəhər stadionunda təşkil olunan matç məhsuldar heç-heçə ilə nəticələnib.



