Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib.
Əyalət klubu braziliyalı hücumçu Ramon Maçadonu heyətinə qatıb. Geridə qalan mövsümü “Neftçi”də keçirmiş futbolçu qarşıdakı mövsümdə də bu komandanın formasını geyinəcək. 31 yaşlı cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ramon Maçado peşəkar karyerasına Almaniyanın “Yan Regensburq” (2012-2013) komandasında başlayıb. O, Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo” (2020) klublarında forma geyinib. 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən və “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.
Xatırladaq ki, “Qəbələ” buna qədər İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatmışdı. Əyalət klubunda Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev, Ürfan Abbasov, Rafael Utziq və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Əvəzində icarədə olan Nicat Mehbalıyev “Sabah”a qayıdıb, Ehtiram Şahverdiyev, Samed Karakoç, Fernan Lopes, Stefan Vukçeviç, Kamal Mirzəyev və Patrik Robson komandadan ayrılıb.