Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Qarabağ” matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Qəbələdə baş tutmuş bu matçın protokolunu və videoicmalını təqdim edir.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
Qəbələ – Qarabağ 0:2
Qollar: Abdullah Zubir, 7. Murad Musayev, 90+1-öz qapısına.
Sarı vərəqələr: Salman Ələsgərov, 44 (hakimin qərarına etiraz) – Marko Veşoviç, 34 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:00. Qəbələ şəhər stadionu. 800 tamaşaçı.
Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov.
Dördüncü hakim: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ: 1. Səlahət Ağayev, 32. Elvin Yunuszadə, 28. Murad Musayev (k), 8. Ürfan İsmayılov (6. Emil Süleymanov, 46), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev (7. Loren Mendi, 85), 19. Abdullahi Şuaybu (20. Oçe Oçoveçi, 67), 74. Süleyman Damadayev, 14. Domi Massumo, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 67).
Ehtiyat oyunçular: 12. Müşfiq Nadirov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 9. Ruslan Voronsov, 4. Vüqar Həsənov, 5. Samir Həsənov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç (55. Bədavi Hüseynov, 83), 10. Abdullah Zubir (11. Emanuel Addai, 74), 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç (15. Leandro Andrade, 74), 18. Olavio Juninyo (19. Redon Cica, 74), 21. Aleksey Kaşuk (27. Toral Bayramov, 88).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 2. Mateus Silva.
Baş məşqçi: Qurban Qurbanov.


