Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” matçı meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
23-cü tur
28 fevral
“Qəbələ” – “Qarabağ” 0:4
Qollar: Adama Diakabi, 48. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 81.
Sarı vərəqələr: Julio Romao, 33 (qeyri-idman hərəkəti). Maksim Medvedev, 78 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Fares Abu Akel, 53 (ciddi qayda pozuntusu).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 19:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı.
Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami.
Dördüncü hakim: Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k) (8. Gilad Abramov, 81), 2. İlkin Qırtımov (5. Rauf Hüseynli, 65), 34. Ürfan Abbasov (12. Nicat Əliyev, 86), 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş (99. Ahmed Ayzaya, 65), 72. Osama Xalayla (14. Ülvi İsgəndərov, 81).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda (66. Patrik Andrade, 69), 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev (7. Yassin Benzya, 69), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi (19. Redon Cica, 75), 18. Olavio Juninyo (15. Leandro Andrade, 40), 2. Mateus Silva, 6. Julio Romao (8. Marko Yankoviç, 69).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.