Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ”nin 2024/25 mövsümünün qalan hissəsi üçün hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Birinci Liqada 11-ci turun dekabrın 24-də keçirilmiş “Mingəçevir”lə səfər oyunundan sonra istirahətə buraxılmış “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcəklər. Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub. Bu matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Qəbələ” Birinci Liqanın 2024/2025-ci illər mövsümünün geridə qalmış 11 turundan sonra 29 xalla vahid liderdir.