“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la səfər oyununa hazırlığı başa vurub. Arena.az xəbər verir ki, matçın son hazırlıq prosesində yalnız bir futbolçu iştirak etməyib.
Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qapıçı Kristof Atanqana zədədən sonra bərpa prosesi keçir. Bu üzdən də o, Tovuzdakı matçın iştirakçısı olmayacaq.
Xatırladaq ki, “Turan Tovuz” – “Qəbələ” matçı bu gün keçiriləcək. Tovuz şəhər stadionunda baş tutacaq oyuna saat 15:00-da start veriləcək.


