“Qəbələ” və “Sabah” yoldaşlıq görüşü keçirəcəklər

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” və “Sabah” komandaları yoldaşlıq görüşü keçirəcəklər.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, matç martın 23-də “Masazır Arena”da keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.

Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında 27 turdan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb. Hesabında 40 xal olan “Sabah” isə ikincidir.