“Qəbələ”nin 19 yaşlıları UEFA Gənclər Liqası ilə erkən vidalaşdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, “qımızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsinin cavab görüşündə “Hayduk”la qarşılaşıb.

Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Öncə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn xorvatiyalılar 2-ci mərhələyə yüksəlib. “Qəbələ”nin 19 yaşlıları isə avrokubok mövsümünü erkən başa vurub.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu
4 oktyabr

Qəbələ – Hayduk 1:2
Qollar: Şahin Şahniyarov, 52 – Luka Vuşkoviç, 68. Yere Vrtsiç, 88.
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay (hər ikisi Türkiyə).
Dördüncü hakim: Kamal Umudlu (Azərnaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 0:3.

Qəbələ: 12. Məmməd Muradov, 4. Samir Ağayev, 5. Murad Musayev, 8. Rauf Rüstəmli, 9. Sənan Ağalarov, 10. Xəyal Xudaverdiyev (k), 13. Ravil Qafarov (2. Rüfət Bədəlzadə, 77), 14. Şahin Şahniyarov, 15. Kənan Baxışov (3. Xəyyam Məmmədli, 90+2), 17. Eşqin Əhmədov, 18. Mehrac Baxşalı.
Ehtiyat oyunçular: 1. Eldar Tərlanov, 6. Fuad Əhmədov, 7. Ağabəkir Həşimli, 11. Bilal İsmayılov, 16. Elmir Hüseynli.
Baş məşqçi: Zaur Hacıyev.
Hayduk: 33. Borna Bulian, 2. Niko Dolonqa, 4. Mateo Yuriç-Petraşilo, 5. Luka Vuşkoviç (24. Tomislav Arkoviç, 90+2), 6. Vako Şemiqa (27. Lovre Lonçar, 90), 7. Boşko Yemo (28. Kreşimir Nazor, 46), 8. Marko Sapan (k), 10. Yere Vrtsiç, 11. Roko Braykoviç (26. Nino Duiç, 90), 14. Şimun Hrqoviç, 30. Marin Kaluşiç (20. Antonio Klariç Kukuz, 65).
Ehtiyat oyunçular: 99. David Fesyuk, 31. Mark Xrvoyeviç.
Baş məşqçi: Marian Budimir.