“Qəbələ”nin Gənclər Liqasındakı matçının vaxtı açıqlandı

“Qəbələ”nin Şimali Makedoniyanın “Şkendiya” klubu ilə UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki oyununun vaxtı dəqiqləşib.

Arena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, martın 4-də Skopyedə keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Koronavirus pandemiyası səbəbindən mərhələ bir görüşdən ibarət olacaq.

“Qəbələ”nin bu oyun üçün səfər proqramı hələlik, bəlli deyil.